Mən ADA Universitetində doktorantura təhsil alıram və dərin öyrənmə ilə kompüter görməsi üzrə tədqiqat aparıram. Eyni zamanda, bakalavr və magistr dərəcələrimi aldığım ADA Universitetinin İT və Mühəndislik Məktəbində müəllimlik edirəm; magistr dərəcəm Corc Vaşinqton Universiteti ilə birgə təklif olunan ikili diplom proqramı idi.

Mən Qrossmeyster norması olan Beynəlxalq Şahmat Ustasıyam (2019). 12, 14 və 16 yaşadək (ard-arda iki il) şahmat üzrə dörd-qat Azərbaycan çempionu olmaqla yanaşı, Rumıniyanın İaşi şəhərində keçirilən və 13 yaşadək məktəblilər arasında baş tutan şahmat üzrə dünya çempionatının gümüş mükafatçısı olmuşam. Son çempionluğum "Naxçıvan Open 2022" turnirində olub.